“iPhone” yarıbayarı bahalaşır

“Apple” şirkətinin "iPhone" telefonlarının qiymətləri ABŞ Prezidenti Donald Trampın administrasiyası tərəfindən tətbiq edilən yeni gömrük rüsumları səbəbindən 43%-ə qədər arta bilər.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Reuters" agentliyi, "Rosenblatt Securities" investisiya bankının analitiklərinə istinadən məlumat verib.
Analitiklərin proqnozlarına görə, "iPhone 16"-nın ən ucuz versiyasının qiyməti ilkin olaraq 799 dollar olan qiymətindən 1,142 dollara qədər arta bilər.
"iPhone 16 Pro Max" modelinin qiyməti isə 1,599 dollardan 2,300 dollara qədər yüksələ bilər. Analitiklər izah edirlər ki, belə bir qiymət artımı baş verərsə, bu, "Apple" şirkətinin istehsalının böyük hissəsinin Çində olmasına baxmayaraq, əlavə xərcləri müştərilərin üzərinə qoymağa qərar verməsi ilə bağlı olacaq.
Qeyd edək ki, Tramp ilk prezidentlik müddətində Çin mallarına geniş bir gömrük rüsumu tətbiq etmişdi, məqsəd isə ABŞ şirkətlərini istehsalı ABŞ-a və yaxud yaxın ölkələrə geri qaytarmağa məcbur etmək idi. Lakin o zaman "Apple" şirkəti özünə bəzi güzəştlər əldə etmişdi. Bu dəfə isə heç bir istisna barədə məlumat verilmir.
Səbinə Uğur
"Cebheinfo.az"