Netanyahunun Qətərə sensasion məktubu üzə çıxdı

Netanyahunun Qətərə sensasion məktubu üzə çıxdı

İsrailin Baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Fələstinin HƏMAS hərəkatı üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi iddia edilib.

"Cebhe.info" xəbər verir ki, İsrail mediası Netanyahunun 2018-ci ildə Qətərə gizli məktub göndərərək HƏMAS üçün pul istədiyini yazıb.

İsrailin Baş naziri Binyamin Netanyahu Qəzzaya hücumlara verilən reaksiyalar, dünyanın hər yerindən atəşkəs çağırışları və ölkədəki üsyanların səngiməməsi, həmçinin “gizli məktub” səbəbiylə küncə sıxışdırılıb.

İsrailin “Yediot Ahronot” qəzetindəki xəbərdə yalnız bir neçə nəfərin gördüyü deyilən məktubda Netanyahunun Qətərdən Qəzzaya aylıq 30 milyon dollar maliyyə yardımı etməsini istədiyi bildirilib.

Məktubda Netanyahunun HƏMAS-a veriləcək maliyyənin “regional sabitliyi qoruyacağını və humanitar böhranın qarşısını alacağını” ifadə etdiyi vurğulanıb.

Məlumatda Qətər rəsmilərinin əlavə təminat tələb etməsindən sonra ABŞ hökumətinin Netanyahunun təklifini qəbul etdiyi və Dohaya əlavə məktub göndərdiyi, “HƏMAS-ı maliyyələşdirmənin terrorizmi maliyyələşdirdiyi hesab edilməyəcəyinə dair Qətərə zəmanət verdiyi” bildirilib.

Xəbərlə bağlı İsrail Baş nazirliyindən hələlik heç bir cavab verilməyib.

Nigar Hacılı 
"Cebhe.info"