Ölümlər həblərlə birbaşa əlaqəlidir? - ARAŞDIRMA

Ölümlər həblərlə birbaşa əlaqəlidir? - ARAŞDIRMA

Yapon əczaçılıq şirkəti “Kobayashi Pharmaceutical” ölümlərin həblərlə birbaşa əlaqəli olub-olmadığını müəyyən etmək üçün araşdırmaya başlayıb.

Şirkət tərkibində qırmızı fermentləşdirilmiş düyü olan pəhriz əlavələri qəbul edən insanlar arasında 76 ölüm faktını araşdırır. 

“Cebhe.info” bu barədə “Kyodo” agentliyinə istinadən yazır.

Ümumilikdə şirkətin qaynar xəttinə mərhumun yaxınlarından 79 analoji zəng daxil olub. Onlardan üçündə ölümlə qida əlavələrinin istifadəsi arasında heç bir əlaqə tapılmadı. Şirkət əvvəllər bu cür əlavələr qəbul edənlər arasında beş ölüm halı barədə məlumat vermişdi.

“Kobayashi Pharmaceutical” şirkətinin qırmızı koji düyü (mayalanmış düyü) əlavələrini qəbul etdikdən sonra xəstəxanaya yerləşdirilənlərin sayı hazırda 230-dan çoxdur. Ümumilikdə 1300-ə yaxın insan tibb müəssisələrində müalicə olunub.

Hazırda həmin qida əlavələrinin satışı tamamilə dayandırılıb. Məhsullarında qırmızı koji düyü istifadə edən bir sıra Yaponoya şirkətləri də məhsullarının geri çağırıldığını elan ediblər.

Koji fermentləri Yaponiyada və bir sıra digər Asiya ölkələrində soya sousu, düyü sirkəsi və miso pastası kimi fermentləşdirilmiş məhsulların istehsalında fəal şəkildə istifadə olunur. O, həm də içkinin dadını müəyyən edən sake istehsalında mühüm tərkib hissəsidir. Qırmızı koji düyü, son məhsula öz rəngini verən xüsusi bir qəlib növü əlavə edilərək hazırlanır.

Xəzər
“Cebhe.info”