Papua-Yeni Qvineyada zəlzələ baş verib

Papua-Yeni Qvineyada zəlzələ baş verib

Yeni Britaniyanın Papua-Yeni Qvineya adasında 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Qərbi Yeni Britaniya əyalətinin inzibatiə mərkəzi, 18 minə yaxın insanın yaşadığı Kimbe şəhərindən 81 km cənub-şərqdə, ocağı isə 48 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

"Cebheinfo.az"