Paşinyan Əskiparaya gedib - VİDEO

Paşinyan Əskiparaya gedib - VİDEO

Ermənistanın Baş naziri Nikol Paşinyan hazırda Tavuş rayonunun Voskepar (Əskipara) kəndindədir.

Bununla bağlı kənddə ciddi təhlükəsizlik tədbirləri görülüb.

“Cebhe.info" xəbər verir ki, kənd sakinləri Mədəniyyət evinin binasının yaxınlığında toplaşıblar.

Paşinyanla görüşün hansı formatda keçiriləcəyi hələlik məlum deyil. Kənd sakinlərindən biri deyib ki, əgər iclasda seçmə iştirak olarsa, o zaman binaya heç kim daxil olmayacaq.

Xatırladaq ki, Ermənistan hökumətinin başçısı martın 18-də həmin kənddə olub, sakinlərinə 10 gündən sonra geri dönəcəyini vəd edib. Amma bunu bir ay sonra edib.
Xatırladaq ki, bu kənd hazırda Ermənistanın işğalı altında olan Qazaxın Yuxarı və Aşağı Əskipara kəndləri arasında yerləşir.

Xəzər
“Cebhe.info”