Qarabağdan gedən ermənilər Ermənistandan qaçır

Qarabağdan gedən ermənilər Ermənistandan qaçır

İyunun 1-nə olan məlumata görə, Qarabağdan olan 17 743 məcburi köçkün hava və quru nəqliyyatı ilə Ermənistanı tərk edib. 

“Cebhe.info” xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətindən “CivilNet”-ə verilən açıqlamada belə deyilir.

Rəsmi məlumatda qeyd edilir ki, Qarabağdan köçmüş ermənilərin 7435 nəfəri sonradan Ermənistana qayıdıb. Başqa sözlə, iyunun 1-ə olan məlumata görə,  Qarabağda yaşayış qeydiyyatında olan 10308 nəfər erməni əsilli şəxs Ermənistanı tərk edib və geri qayıtmayıb.

Milli Təhlükısilik Xidmətindən bildirilib ki, Ermənistanı tərk etmiş Qarabağ sakinlərinin sayı may ayının 1-i ilə müqayisədə 383 nəfər artıb.

Müşfiq Abdulla 
“Cebhe.info”