Qəzzada ölənlərin sayı 43 min 552 nəfərə çatıb

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı son 24 saatda 44 nəfər artaraq 43 min 552-ə çatıb.
“Cebheinfo.az” xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 400 gündür hücumları ilə bağlı məlumat verilib.
İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi qırğında 44 nəfərin həyatını itirdiyi, 81 nəfərin isə yaralandığı bildirilib.
On mindən çox qəzzalının isə itkin düşdüyü vurğulanıb.
“Cebheinfo.az”