Quterreş Hindistan və Pakistanı təmkinli olmağa çağırıb

Quterreş Hindistan və Pakistanı təmkinli olmağa çağırıb

BMT-nin Baş katibi Antonio Quterreş Hindistanın Pakistana təcavüzündən dərin narahatlığını ifadə edib və son dərəcə təmkinli olmağa çağırıb.

"Cebheinfo.az" xəbər verir ki, BMT-nin sözçüsü Stefan Dujarrik məsələ ilə bağlı yazılı açıqlama verib.

Düjarrik Hindistanın hərbi əməliyyatlarından dərin narahatlığını ifadə edib."Dünya Hindistan və Pakistan arasında hərbi münaqişəyə dözə bilməz" deyən Dujarrik hər iki ölkəni maksimum təmkinli olmağa çağırıb.

Hindistan ordusu Pakistan və Pakistanın Azad Kəşmir bölgəsindəki "hədəflərə" qarşı hərbi əməliyyata başladığını bildirmişdi.

Pakistan ordusunun ictimaiyyətlə əlaqələr idarəsinin (ISPR) baş direktoru general-leytenant Əhməd Şərif Çaudri Pakistanın Hindistanın raket hücumlarına öz seçdiyi vaxt və yerdə cavab verəcəyini bildirmişdi.

Nigar Hacılı 
"Cebheinfo.az"