Rəisinin anasından Pezeşkiana tövsiyə: "Helikopterə minmə"

İran Prezidenti Məsud Pezeşkian Məşhədə səfəri zamanı ölkənin keçmiş prezidenti İbrahim Rəisinin anasına baş çəkib.
Modern.az İran KİV-ə istinadən xəbər verir ki, görüş zamanı sabiq prezidentin yaşlı anası Pezeşkiana helikopterdən istifadə etməməyi tövsiyə edib.
“Helikopterə minməyin!”, - o deyib.
Qeyd edək ki, İbrahim Rəisi 2024-cü il mayın 19-da Şərqi Azərbaycan əyalətində helikopter qəzasında həlak olub.
"Cebheinfo.az"