Rusiya bu ölkə ilə sazişləri ləğv edib

Rusiya bu ölkə ilə sazişləri ləğv edib

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Estoniya ilə gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Sazişi ləğv etdiyini açıqlayıb.

Cebhe.info xəbər verir ki, müvafiq sənəd hüquqi informasiyanın rəsmi internet portalında Rusiya XİN tərəfindən dərc olunub.

Qeyd edək ki, Rusiya Federasiyası ilə Estoniya Respublikası hökumətləri arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş 1999-cu ilin 8 iyununda Moskvada qeyri-müəyyən müddətə imzalanmışdı, lakin cari ilin 26 mart tarixində ona xitam verilib.

Cebhe.info