Rusiyanın aviaşirkətləri reysləri kütləvi şəkildə ləğv edir

Rusiyanın aviaşirkətləri müvəqqəti məhdudiyyətlər fonunda aeroportlarda reysləri kütləvi şəkildə ləğv edilməsi və təxirə salınması barədə məlumatlar verir.
"Cebheinfo.az" xəbər verir ki, "Rossiya Hava Yolları" yaydığı bəyanatda Şeremetyevo, Vnukovo və Nijni Novqorod hava limanlarında təyyarələrin eniş və qalxmasına müvəqqəti məhdudiyyətlər səbəbindən şirkətin təyyarələrinin alternativ hava limanlarına yönləndirildiyini və ya onların uçuşlarının təxirə salındığını açıqlayıb.
Məlumatda aviaşirkətin uçuş cədvəlini sabitləşdirmək üçün bütün lazımi tədbirləri gördüyü, sərnişinlərə onlayn tablo və hava limanı məlumat lövhələrinə əməl etmələri tövsiyə olunub. Qeyd olunub ki, bəzi uçuşların ləğvi və ya birləşdirilməsi lazım ola bilər.
“Aeroflot” hava yolları xatırladıb ki, Moskva vaxtı ilə saat 01:00-dan 05:30-a qədər Şeremetyevo hava limanında təyyarələrin gəliş-gedişinə müvəqqəti məhdudiyyət qoyulduğu üçün şirkət reyslərinin bir hissəsini alternativ hava limanlarına yönləndirib və ya onların uçuşlarını təxirə salıb.
Açıqlamada uçuş cədvəlinin sabitləşdirilməsi üçün bütün lazımi tədbirlərin görüldüyü, uçuşların ləğv oluna və ya birləşdirilə biləcəyi bildirilib.
“Pobeda” hava yolları həmçinin Rusiyanın bəzi hava limanlarında tətbiq edilən məhdudiyyətlər səbəbindən mayın 7-də bəzi reyslərini ləğv edəcəyini açıqlayıb.
"Mövcud məhdudiyyətlərə görə, biz mayın 6-sı və 7-də olan bəzi reyslərimizi ləğv etmək məcburiyyətindəyik. Gecikmələr və alternativ hava limanlarına istiqamət dəyişdirmələr də mümkündür", - şirkətin açıqlamasında deyilir.
Rusiyada gecə boyu Ukrayna ordusu başda paytaxt Moskva olmaqla müxtəlif şəhərlərə pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar təşkil edib və Rusiya ordusunun müdafiə sistemləri bir çox Ukrayna PUA-sını vurub.
Moskva və bəzi digər şəhərlərin hava limanları təhlükəsizlik tədbiri olaraq təyyarələrin qalxmasını və enişini müvəqqəti dayandırıb.
Nigar Hacılı
"Cebheinfo.az"