Sabiq nazir evində ölü tapıldı

Sabiq nazir evində ölü tapıldı

Türkiyənin keçmiş gənclər və idman naziri, “Trabzonspor” klubunun keçmiş prezidenti Mehmet Ali Yılmaz evində ölü tapılıb.

Bu barədə TRT məlumat yayıb.

Beşiktaşdakı evində ölü tapılan eks-nazirin ölüm səbəbi hələlik məlum deyil. Yılmazın ölümündə heç bir şübhəli halın təsbit edilmədiyi qeyd olunub.

"Cebhe.info"