Sosial mediada qalmaqal: İlon Maskın paylaşımı...

Sosial mediada qalmaqal: İlon Maskın paylaşımı...

Milyarder iş adamı və "X "sosial media platformasının sahibi İlon Maskın paylaşımı tənqid hədəfinə çevrilib.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ-də Tramp administrasiyasını və onun qərarlarını dəstəkləyən İlon Mask Alman diktatoru Adolf Hitlerin sosialist olduğunu iddia edib.

İlon Mask səhər saatlarında etdiyi paylaşımda “Hitler sosialist idi, buna görə də bütün sosialistlər Hitlerdir” yazıb.

Bir çox sosial media istifadəçisi paylaşımı sitat gətirərək tarixi faktlar əsasında İlon Maskın fikrinin yanlış olduğunu vurğulayıb.

1933-cü ildə Almaniyada hakimiyyətə gələn Adolf Hitler ölkənin tanınmış sosialist və kommunist ziyalılarını həbsxanalara və ya toplama düşərgələrinə göndərmişdi.

Hitler dövründə Kommunist Partiyası (KPD) və Sosial Demokrat Partiyası (SPD) qadağan edilmiş, üzvlərinin bir hissəsi öldürülmüşdü.

Sol yönümlü həmkarlar ittifaqları da Hitler hakimiyyəti dövründə bağlanmış, əmlakları müsadirə edilmiş və üzvləri həbs olunmuşdu.

Nigar Hacılı 
"Cebheinfo.az"