Suriyalı nazirin Xameneyiyə cavabı İranı silkələdi

Xəbər verildiyi kimi,Suriyanın xarici işlər naziri Əsaad Həsən əl-Şibani İranı Suriya xalqının iradəsinə və ölkənin suverenliyinə hörmət etməyə çağırıb.
“Cebheinfo.az” xəbər verir ki, Əl-Şibani sosial şəbəkələrdə yazıb: “İran Suriya xalqının iradəsinə, ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməlidir”.
Xarici işlər naziri İranı Suriyada xaos yaymaqdan çəkinməyə və son bəyanatlara görə məsuliyyətə çağırıb.
Əl-Şibaninin mesajı bazar günü televiziya ilə çıxışında Suriya gənclərini "ölkədə qeyri-sabitliyi təşkil edənlərə qarşı qətiyyətlə dayanmağa" çağıran İran İslam Respublikasının lideri Ayətullah Əli Xameneyiyə cavabdır. Bu cavab Tehranda böyük narahatlığa səbəb olub.Rəsmi Tehran hələlik bəyanata cavab verməyib.
Dekabrın 8-də Suriyadakı silahlı müxalifət Dəməşqi tutduqlarını və keçid hakimiyyətlərini formalaşdırdıqlarını elan etdilər.
Ötən şənbə Suriyanın müvəqqəti hökuməti əl-Şibanini xarici işlər naziri təyin edib.
Xəzər
“Cebheinfo.az”