Tehran dolayı yolla gedir

Tehran dolayı yolla gedir

İslam Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi hazırda Tehran və Vaşinqton arasında təhdidlərə görə birbaşa dialoq imkanının olmadığını deyib. 

“ABŞ Prezidenti Donald Trampın təhdidləri və maksimum təzyiq siyasəti nəticəsində Tehran və Vaşinqton arasında birbaşa dialoq imkanı olmadığı halda İran ABŞ ilə dolayı danışıqlara hazırdır”. 

“Cebheinfo.az”-ın məlumatına görə, Abbas Əraqçi belə deyib. “Bu məsələ ilə bağlı mövqeyimiz tamamilə aydındır. İran maksimum təzyiq siyasəti altında, səslənən təhdidlər altında qarşı tərəfin İrana və İran xalqına münasibətində dəyişiklik olmayana qədər ABŞ ilə birbaşa danışıqlara getməyəcək. Hər gün aparılan siyasət və səslənən ittihamları nəzərə alsaq, biz Amerika tərəfi ilə birbaşa danışıqlara getməyəcəyik, lakin dolayı danışıqlara yol açıqdır”, - deyə o, SNN telekanalında vurğulayıb. Əraqçinin sözlərinə görə, Tehranın əsas vəzifəsi ölkənin və xalqının maraqlarını müdafiə etməkdir və hakimiyyət bunu yerinə yetirmək üçün heç bir fürsəti əldən verməyəcək. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”