Tikintidə 6 nəfər yandı

Tikintidə 6 nəfər yandı

Cənubi Koreyanın Busan şəhərində otelin tikintisində baş verən yanğın nəticəsində 6 işçi ölüb, 7 işçi yaralanıb. 

"Cebheinfo.az" xəbər verir ki, “Yonhap”-ın yanğınsöndürmə orqanlarına istinadən verdiyi xəbərə görə, bu gün səhər saatlarında Busanda tikilməkdə olan otelin birinci mərtəbəsində izolyasiya materialı səbəbindən yanğın baş verib. 

Yanğın zamanı 6 işçi həlak olub, 7 nəfər isə yaralanıb. Yüzdən çox işçi yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Yanğınsöndürmə rəsmiləri bildiriblər ki, polis və digər bölmələr binadakı işçilərin dəqiq sayını müəyyənləşdirməyə çalışır. 

Nigar Hacılı 
"Cebheinfo.az