Tramp “qızıl kart”ı nümayiş etdirdi

ABŞ prezidenti Donald Tramp “Air Force One” təyyarəsində 5 milyon dollarlıq “qızıl kartı”nın dizaynını qürurla nümayiş etdirib.
Yenisabah.az “The New York Post”a istinadla xəbər verir ki, o, jurnalistlərə “5 milyon dollara bu sizin ola bilər” deyib:
"Bu kartın nə olduğunu bilirsinizmi? Bu qızıl kartdır - kozır kart".
Xatırladaq ki, hələ fevral ayında Trump, həddindən artıq yüklənmiş və çətin olan EB-5 viza proqramını effektiv şəkildə modernləşdirərək, zəngin əcnəbilər üçün "yaşıl kart və üstünlükləri" ehtiva edən qızıl kartların satışına başlamaq planlarını açıqlayıb.
"Cebheinfo.az"