Xameneyi səs verdi

Xameneyi səs verdi

Xəbər verdiyimiz kimi, İranda prezident seçkiləri keçirilir.

“Cebhe.info” xəbər verir ki, İranın ali dini lideri Əli Xameneyi də səsvermədə iştirak edib.

O, növbədənkənar 14-cü prezident seçkilərinə qatılaraq səs verib.

Qeyd edək ki, prezidentlik uğrunda parlamentin sədri Məhəmməd Baqir Qalibaf, Ali Rəhbərin Təhlükəsizlik Şurasında nümayəndəsi Səid Cəlili, daxili işlər və ədliyyə naziri olmuş Mustafa Purməhəmmədi və sabiq səhiyyə naziri Məsud Pezeşkian mübarizə aparır.

Elmir Mustafa
“Cebhe.info”