Gədəbəy sakini Gəncədə bıçaqlanıb

Gədəbəy sakini Gəncədə bıçaqlanıb

Gəncədə bıçaqlanma hadisəsi olub.

"Report"un məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində yerləşən evlərin birindən qeydə alınıb.

Bıçaq xəsarəti alan Gədəbəy rayon sakini, 1992-ci il təvəllüdlü E.Abbasov xəstəxanaya yerləşdirilib.

Hadisənin hansı şəraitdə qeydə alındığı hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

"Cebhe.info"