Kürdə balıq tutan şəxs bədbəxt hadisə nəticəsində ölüb

Kürdə balıq tutan şəxs bədbəxt hadisə nəticəsində ölüb

Kür çayında balıq tutan şəxs bədbəxt hadisə nəticəsində aldığı xəsarətdən dünyasını dəyişib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə çayın Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü O.Mamayev qardaşı ilə birgə ehtiyatsızlıqdan yıxılıb və balıq tutmaq üçün nəzərdə tutulan metal qarmaq onun ürəyinə batıb. O, aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

"Cebhe.info"