Naxçıvanda 57 yaşlı kişini əqrəb sancıb

Naxçıvan sakinini əqrəb sancıb.
APA xəbər verir ki, hadisə Naxçıvan şəhərinin inzibati ərazisinə daxil olan Qaraçuq kəndində qeydə alınıb. Kənd sakini, 1966-cı il təvəllüdlü Zeynalov Nazim Nağı oğlunu əqrəb sancıb.
O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Cebhe.info