Avtomobilin vurduğu piyada 8 gün sonra xəstəxanada ölüb

Avtomobilin vurduğu piyada 8 gün sonra xəstəxanada ölüb

Sumqayıt şəhərində avtomobilin vurduğu piyada 8 gün sonra xəstəxanada ölüb.

"Cebheinfo.az" xəbər verir ki, hadisə dekabrın 4-də şəhərin Sülh prospektində qeydə alınıb.

1994-cü il təvəllüdlü Ruslan Ağayev idarə etdiyi "Opel Astra" markalı avtomobillə yolu keçən piyada, 1942-ci il təvəllüdlü Şöhrət Eyvazovanı vurub.

Yaralı dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Aparılan müdaxilələrə baxmayaraq, o, dekabrın 12-də müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"