Xadimə ticarət mərkəzinin 3-cü mərtəbəsindən yıxıldı

Şamaxı rayonunda bədbəxt hadisə qeydə alınıb.
"Cebheinfo.az" xəbər verir ki, mayın 15-i saat 18 radələrində Şamaxı şəhər sakini 1993-cü il təvəllüdlü Günel Yəhyayeva “Megacity” ticarət mərkəzinin 3-ü mərtəbəsinin pəncərəsindən yıxılıb.
Xəstəxanaya yerləşdirilən G.Yəhyayevanın vəziyyəti orta-ağırdır.
Bildirilib ki, G.Yəhyayeva ticarət mərkəzində xadimə kimi çalışır. Hadisə də təmizlik işləri görərkən baş verib.
Faktla bağlı araşdırmalar aparılır.
"Cebheinfo.az"