Avropa və Konfrans Liqasının finalı İstanbulda keçiriləcək

2026 UEFA Avropa Liqası və 2027 UEFA Konfrans Liqası finalları İstanbulda oynanılacaq.
"Cebhe.info" xəbər verir ki, bu barədə UEFA İcraiyyə Şurasının üzvü Sərvət Yardımcı məlumat verib.
2026 UEFA Avropa Liqasının finalı "Beşiktaş"ın ev matçlarının keçirildiyi Tüpraş Stadionunda keçiriləcək.
2027-ci ildə Konfrans Liqasının finalının İstanbulda keçiriləcəyi stadion daha sonra müəyyənləşəcək.
Naibə
"Cebhe.info"