"Nürnberq"in azarkeşlərindən Mahir Emreliyə görə klub rəhbərliyinə TƏNQİD

Almaniyanın "Nürnberq" futbol klubunun azarkeşləri azərbaycanlı forvard Mahir Emrelinin komandadan ayrılacağı barədə açıqlamasına birmənalı münasibət bildiriblər.
"Cebheinfo.az" xəbər verir ki, klub bu barədə sosial şəbəkədəki rəsmi səhifələrində məlumat yerləşdirərək hücumçunun mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb.
Bu xəbər, xüsusilə "Instagram" səhifəsində digər paylaşımlarla müqayisədə rekord sayda şərh toplayıb. Reaksiyaların əksəriyyəti bir sözdən ibarətdir: "Warum?" ("Niyə?")
Ümumilikdə, "Nürnberq" azarkeşləri bu xəbərə aşağıdakı şərhlərlə reaksiya veriblər:
- "Berlin" daha çox ödəyir.
- Vallah, bunu gözləmirdim. Ya bizim bilmədiyimiz bir plan var, ya da sadəcə səhvdir.
- Təəssüf ki... əla oyunçu idi!
- Heyif. Onun daha bir mövsüm oynamasını istərdim.
- Son bir neçə oyunda onu çox bəyəndim. Amma yenə də təəccüblənirəm ki, niyə ona cəmi birillik müqavilə verilib?
- Özümə sual verirəm: NİYƏ?
- Son çıxışlarından sonra, həqiqətən, ayıbdır.
- Deməli, növbəti mövsüm üçün praktiki olaraq komandamız qalmayıb.
- Niyə? O, çox yaxşı oyunçudur.
- Yaşadığımız ən yaxşı hücumçulardan biri. İkinci Bundesliqa üçün mükəmməldir.
- Yaxşı olar ki, Emrelinin yerinə Qolleri getsin.
- İdman nöqteyi-nəzərindən tam aydın deyil, ona görə də bu qərar yəqin ki, başqa səbəblərdən verilib.
- Heyif, o, artıq komandaya uyğunlaşıb. Futbol oyunu və müdafiədəki fədakarlıq son oyunlarda əla idi.
- Heyif, çünki o, belə yaxşı formada idi.
- Əldə edə biləcəyimiz heç bir əla əvəz yoxdur, amma birini tapsanız, bu, əla olardı.(Oxu.Az)
"Cebheinfo.az"