“Müharibə” bitkoinə düşərli olub

“Müharibə” bitkoinə düşərli olub

ABŞ Prezidenti Donald Tramp Çindən başqa bütün ticarət tərəfdaşlarına əlavə tarifləri 90 günlük dayandırdığını elan etdikdən sonra bitkoin 82 min dolları ötüb. 

"Cebheinfo.az" xəbər verir ki, “Coinmarketcap” analiz şirkətinin məlumatlarına görə, bitkoin də daxil olmaqla qlobal kriptovalyuta bazarının dəyəri 2 trilyon 630 milyard dollara çatıb. Ən böyük kriptovalyuta olan bitkoinin qiyməti Trampın Çindən başqa ticarət tərəfdaşlarına əlavə tarifləri 90 günlük dayandırdığını elan etdikdən sonra son 24 saatda 7 faizdən çox artaraq 82 min dolları keçib. 

ABŞ Prezidenti Donald Tramp Çinə tətbiq edilən tarifləri 125 faizədək artırıb, eyni zamanda digər ticarət tərəfdaşlarına əlavə rüsumların tətbiqini 90 günlük dayandırdığını elan edib. Bazar dəyərinə görə ikinci yerdə olan etereumun qiyməti də təxminən 4 faiz dəyər qazanaraq 1661 dollara yüksəlib. 

Nigar Hacılı 
"Cebheinfo.az"