Xarici ticarətdə müsbət saldo 3.7 dəfə azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 8 milyard 904.49 milyon dollar olub.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, bu, ötən ilin müvafiq ayları ilə müqayisədə 1.7 milyard dollar çoxdur.
İlin ilk iki ayında ixrac 4 milyard 766.7 milyon dollar, idxal isə 4 milyard 138.02 milyon dollar olub.
Xarici ticarətin müsbət saldosu 628.46 milyon dollar olub. Bu, ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 3.7 dəfə azdır.
"Cebheinfo.az"