Günün tarixi hadisələri: Fransa Rusiyaya müharibə elan edib, İstanbul və Ankara…

Günün tarixi hadisələri: Fransa Rusiyaya müharibə elan edib, İstanbul və Ankara…

İlin hər günü baş vermiş önəmli hadisələrlə tarixin yaddaşına yazılıb.

“Cebhe.info” 28 mart gününü tarixə yazan hadisələri təqdim edir:

*37-ci ildə Kaliqula Roma İmperiyasının imperatoru olub;
*1854-ci ildə Fransa Rusiyaya müharibə elan edib və “Krım müharibəsi” başlayıb;
*1919-ci ildə Azərbaycan Demokratik Respublikası Hərbi Nazirliyinin Baş Qərargahı tərkibində ilk xüsusi xidmət orqanı olan Kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradılıb;
*1930-ci ildə Konstantinopol və Anqoranın adları dəyişilərək İstanbul və Ankara olub;
*1939-ci ildə İspaniya Vətəndaş Müharibəsi çərçivəsində Madrid şəhəri Fransisko Frankonun qüvvələrinin əlinə keçib;
*1946-cı ildə Xuan Peron Argentina prezidenti olub;
*1992-ci ildə Azərbaycan Respublikası Suriya ilə diplomatik əlaqələr qurub.

Qeyd edək ki, bu hadisələr müxtəlif illərin eyni günündə - 28 martda baş verib.

Vilayət Muxtar
“Cebhe.info”