Müğənni: “Əvvəllər “asaram-kəsərəm” deyirdim”

Əməkdar artist Elnarə Abdullayeva oğlu Məhəmmədə toy edəcək.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə müğənni "Həmin Zaur" verilişində danışıb.
"Oğlum hazırda əsgərlikdədir. Gələn kimi ona 7 gün 7 gecə toy edəcəyəm. Bizdə dədə-babadan adətdir. Özündən alıb, özünə gedirlər. Mən heç kimi gözaltı etməmişəm. Əvvəllər "asaram-kəsərəm" deyirdim. Amma mən onların heç vaxt hisslərinə qarşı olmaram. Böyük hörmətlə yanaşıram onların hisslərinə. Oğlum kimi istəsə, onu da alacağam. Kürəkənim də uzaq qohumumdur", - deyə Elnarə Abdullayeva bildirib.
Xatırladaq ki, Elnarə Abdullayevanın qızı Xədicə ötən ilin yayında ailə qurub.
"Cebheinfo.az"