Qızdırmanı salan ən məşhur dərman ürəyi "öldürür"

Qızdırmanı salan ən məşhur dərman ürəyi "öldürür"

Parasetamolun uzun müddət istifadəsi yüksək təzyiqi olan insanlarda ürək xəstəliyi riskini artırır.

Cebhe.info xəbər verir ki, bu məlumat Edinburq Universiteti tərəfindən aparılan və Britaniya Ürək Fondu tərəfindən maliyyələşdirilən yeni araşdırmada əksini tapıb.

Tədqiqatın nəticələrinə görə, ağrıkəsici ürək xəstəliyi və ya insult riskini 20 faiz artıra bilər. Bu səbəbdən yüksək təzyiqi, ürək xəstəliyi və ya insult riski olan insanlar parasetamoldan istifadə edərkən daha diqqətli olmalıdırlar.

Ümumilikdə xroniki ağrıların müalicəsində istifadə edilən parasetamolun ən aşağı təsirli dozasından istifadə etməli olduqları bildirilir.

Naibə 
Cebhe.info