Toyuqlar haqqında bilmədiyimiz maraqlı faktlar

Alimlər müəyyən ediblər ki, toyuqlar qorxduqları və ya həyəcanlandıqları zaman qızarırlar, xoşbəxt olduqları zaman isə başlarının üstündəki lələkləri şişir.
"Cebheinfo.az" xəbər verir ki, Fransanın Tours Universitetinin tədqiqatçıları toyuqlar üzərində tədqiqat aparıblar.
Toyuqların davranışlarını izləyən araşdıran elm adamları toyuqların üzlərindəki tüklə örtülməyən açıq dərisinin qorxu və ya həyəcan hiss etdikdə qırmızıya çevrildiyini müəyyən ediblər.
Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, toyuqlar özlərini dinc hiss etdirən fəaliyyətlər zamanı başlarının üstündəki lələkləri qabardırlar.
Araşdırma nəticəsində qızarmanın ilk dəfə toyuqların əhvalı ilə əlaqəli olduğunu vurğulayan alimlər tapıntıların bu quş növünün duyğularını anlamaq üçün yeni bir yol təqdim etdiyini və heyvandarlıq sənayesində istifadə oluna biləcəyini bildiriblər.
Ləman İsmayıl
"Cebheinfo.az"