Məşhur aktrisa intihar etdi

Məşhur aktrisa intihar etdi

Türkiyəli aktrisa Merve Kayaalp atasına məxsus silahla başından atəş açaraq həyatına son qoyub.

Cebhe.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Muğlanın Dalaman qəsəbəsində yaşayan kino aktrisasının evdə tək olduğu bildirilib.

Silah səsi eşidən ətrafdakılar təcili tibbi yardım və polisə zəng ediblər. Hadisə yerinə gələn həkimlər aktrisanın həyatını xilas etməyin mümkün olmadığını deyiblər.

O, "Sakarya Fırat", "Küçük Kıyamet", "Arzular və Ümidlər", "Elif", "Şeref Meselesi" və "Savaşçı" kimi seriallara çəkilib.

Günay Şahmar
Cebhe.info