İranlı nazirdən Azərbaycan səfirliyinin açılmasına reaksiya: "Şükür..."

İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətini bərpa etməsinə reaksiya verib.
“Cebhe.info” xəbər verir ki, nazir “X” hesabında bununla bağlı paylaşım edib.
O, paylaşımında bu sözləri yazıb:
“Mərhum prezident İbrahim Rəisinin, birinci vitse-prezidenti Məhəmməd Moxberin səyləri və mənim İran-Azərbaycan Birgə Komissiyasının həmsədri kimi vəzifələrimdən biri də bu məsələ idi. Şükürlər olsun ki, artıq gerçəkləşdi.
Qonşularla əlaqələri inkişaf etdirmək İran hökumətinin planlarının başında durub. Qonşu ölkələrlə tranzit və ticarətin artması bu strateji yanaşmanın sübutudur”.
Elmir
“Cebhe.info”