Paşinyan razılaşmadan danışdı: “Qarabağdan əldə edə bildiyim son məlumat odur ki...”

Paşinyan razılaşmadan danışdı: “Qarabağdan əldə edə bildiyim son məlumat odur ki...”

“Rəsmi məlumat mənbəyindən indicə öyrəndik ki, “Qarabağ hakimiyyəti” Rusiya sülhməramlı kontingentinin atəşkəslə bağlı təklifini qəbul edib. Söhbət dünən günortadan sonra azərbaycanlıların hücumu nəticəsində baş verən hərbi əməliyyatlardan gedir”.

Cebhe.info xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan öz müraciətində bildirib.

“Əlbəttə, biz mətni oxuduq. Ermənistan heç bir şəkildə onun hazırlanmasında və müzakirələrdə iştirak etmədiyinə görə, ilk mülahizə odur ki, mətndə Ermənistan Silahlı Qüvvələrinin adı çəkilir və “mərkəzi ordunun qalan bölmələri” haqqında danışılır. Birincisi, 2021-ci ilin avqustundan Ermənistanın Dağlıq Qarabağda ordusunun olmadığını dəfələrlə dediyimiz şəraitdə bu fakt bizə o qədər də aydın deyil. Amma hər halda, biz bu bəyanatı və onun “Qarabağ hakimiyyəti” tərəfindən qəbul edilməsini nəzərə alırıq”.

Paşinyan başqa bir məqama da toxunub:

“Toxunmaq istədiyim ikinci problem Qarabağ ermənilərinin təhlükəsizliyi məsələsidir və məntiqlə güman edilir ki, əgər sülhməramlılar belə bir təklif irəli sürüblərsə, bu, özlüyündə o deməkdir ki, onlar tam və indidən qeyd-şərtsiz qəbul ediblər. Hesab edirəm ki, bu həm də o deməkdir ki, sülhməramlılar bu məsuliyyəti tamamilə öz üzərinə götürür, baxmayaraq ki, biz həmişə bu məsuliyyətin 9 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla Rusiyanın sülhməramlı missiyasına həvalə edildiyi qənaətində olmuşuq. Amma ümid edirik ki, belə bir addım atmaqla Rusiya sülhməramlı kontingenti üzərinə düşən vəzifələri tam yerinə yetirəcək, bununla bağlı bizim müəyyən ehtiyatlarımız var idi”.

O əlavə edib ki, hadisələri izləməyə davam edəcək:

“Qarabağdan əldə edə bildiyim son məlumat ondan ibarətdir ki, hərbi əməliyyatların intensivliyi kəskin şəkildə azalıb. ümid edirik ki, hərbi eskalasiya davam etməyəcək”.

Xəzər

Cebhe.info