Azərbaycan Hindistan-Pakistan münaqişəsində tərəfini SEÇDİ

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Hindistanla Pakistan arasında gərginliyin artması ilə bağlı bəyanat yayıb.
"Cebheinfo.az" xəbər verir ki, bəyanatda deyilir:
"Azərbaycan Respublikası Hindistan Respublikası ilə Pakistan İslam Respublikası arasında gərginliyin daha da artması ilə bağlı narahatlığını bildirir.
Pakistan İslam Respublikasına qarşı bir neçə mülki şəxsin ölümü və yaralanması ilə nəticələnən hərbi hücumları pisləyirik. Pakistan xalqı ilə həmrəy olaraq, günahsız qurbanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik.
Bütün tərəfləri təmkinli olmağa və münaqişəni diplomatik yollarla həll etməyə çağırırıq".
Qeyd edək ki, Hindistan Pakistana hava hücumları həyata keçirib. Pakistanın Milli Təhlükəsizlik Komitəsində ölkədəki son vəziyyətlə bağlı brifinq keçirilib.
Komitənin məlumatına görə, Hindistanın hava hücumları nəticəsində Pakistan ərazisində 26 mülki şəxs həlak olub, 47 nəfər yaralanıb. Hava zərbələri bir neçə məscidin dağılmasına səbəb olub. Bahavalpurda məscidin vurulması nəticəsində həlak olan 13 nəfərdən 2-si körpə qızdır.
Pakistan rəsmisi Hindistanın 5 hərbi təyyarəsinin vurulduğunu və bir komanda-qərargah məntəqəsinin məhv edildiyini bildirib.
"Cebheinfo.az"