Deputat: “Ən böyük şəhid Rəsulzadədir”

Deputat: “Ən böyük şəhid Rəsulzadədir”

“Şəhidlik tanıtımı ilə bağlı cahil kütlənin dəyərləndirməsini anlamaq olar. Əsrlərdir deyiblər, əzbərləyiblər, indi də baba-nənələri kimi nəvələri də bu əzbərləri pozmurlar. Düşüncə azadlığı yoxdursa, nəyi pozacaqlar? Ancaq bəzi yazar, ictimai xadim və ya siyasi kimlik olaraq özünü tələffüz edən şəxslərin Azərbaycan cəmiyyəti üçün tarixi-dinimifoloji zəmində şəhidlik tanıtımı tamamilə cahillikdən qaynaqlanır”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu deputat Fazil Mustafa deyib. 

O bildirib ki, özünə qürurla Azərbaycan vətəndaşı deyən şəxs üçün ən böyük şəhid Məhəmməd Əmin Rəsulzadədir: 

“Özünə qürurla Azərbaycan vətəndaşı deyən şəxs üçün bu millət üçün dövlət qurmuş və ömrünü bu yolda fəda etmiş Məhəmməd Əmin Rəsulzadədir!”

Xatırladaq ki, bir neçə əcnəbi turistin Şəhidlər xiyabanında qeyri-etik video çəkib paylaşması şəhidlərə qarşı münasibət mövzusunu daha da aktuallaşdırıb.

Həmin turistlər barədə həbs qətimkan tədbiri seçilib.

Xəzər
“Cebheinfo.az”