Pakistan Azərbaycanın dəstəyini yüksək qiymətləndirir

Pakistan Azərbaycanın dəstəyini yüksək qiymətləndirir

“Azərbaycanın sarsılmaz dəstəyini yüksək qiymətləndiririk”.

"Cebheinfo.az" xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin “X” hesabında yazıb. 

“Biz Azərbaycanın Hindistanın dinc yerli sakinlərə qarşı qorxaq hücumu ilə bağlı Pakistana sərgilədiyi sarsılmaz dəstəyi yüksək qiymətləndiririk. Pakistan və Azərbaycan qardaş olaraq daim birlikdə olacaqlar!”, - deyə səfir qeyd edib. 

Xatırladaq ki, Hindistan mayın 7-nə keçən gecə Pakistanda “terror infrastrukturu”na qarşı “Sindur” əməliyyatına başladığını elan edib və ölkə ərazisinə zərbələr endirib. Pakistan isə buna Hindistan ərazisindəki hədəflərə zərbələr endirməklə cavab verib.

Azərbaycan Xarici İşlər Nazirliyi iki ölkə arasında gərginliyin artmasına dair bəyanat yayaraq tərəfləri təmkinli olmağa və münaqişəni diplomatik yollarla həll etməyə çağırıb.

"Cebheinfo.az"