Prezidentin Ağdərə sakinləri ilə söhbətinin VİDEOSU

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağdərə rayonuna səfər ediblər.
"Cebheinfo.az" xəbər verir ki, onlar Həsənriz kəndinə köçən bir qrup sakinlə görüşüb, infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.
Dövlət başçısı bu kəndin tarixinin qədimliyindən söz açıb, hətta çar Rusiyası dövründə dərc edilmiş xəritələrdə Həsənrizin adının çəkildiyini qeyd edib. Kənd sakinləri bildiriblər ki, bu kənddən çıxanda Murov yolunda zillət çəkən camaat 34 ildən sonra toy-bayramla kəndə qayıdıb.
Dövlət başçısının sakinlərlə səmimi söhbətindən görüntüləri təqdim edirik:
"Cebheinfo.az"