Bir həbsin əks-sədası: Dollar və avroda rekord BAHALAŞMA

Türkiyənin rəsmi dövlət valyutası olan türk lirəsi dəyər itirməkdə davam edir.
Xarici valyutanın bahalaşması İstanbulun meri, prezidentliyə namizədliyini irəli sürəcəyini bildirən Əkrəm İmamoğlunun ali təhsil diplomunun ləğvi və saxlanılması fonunda baş verir.
"Cebheinfo.az" "Habertürk”-ə istinadən xəbər verir ki, son sutka ərzində lirə dollar qarşısında bir qədər də ucuzlaşaraq 1/40 səviyyəsinə enib. Hazırda lirə 1/38 səviyyəsində stabilləşib. Gün ərzində lirə 6 faizədək dəyər itirib ki, bu da kəskin fərqdir və rekord həddə ucuzlaşma deməkdir.
Türkiyənin maliyyə bazarlarında 1 avro 41 lirədir.
Qeyd edək ki, Türkiyə valyutası son 12 ildə dollar qarşısında 8 dəfəyə yaxın dəyər itirib.
"Cebheinfo.az"