Xanlar Vəliyev hakim təyin olundu

Xanlar Vəliyev hakim təyin olundu

Xanlar Vəliyevin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

“Cebheinfo.az” xəbər verir ki, müzakirələrdən sonra məsələ səsverməyə qoyulun və Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin olunmasını deputatlar dəstəkləyib.

Xanlar Vəliyev hakim təyin olunduğu üçün Milli Məclisdə and içib.

Qeyd edək ki, Xanlar Vəliyevin səlahiyyət müddəti başa çatdığı üçün Azərbaycanın Baş prokurorunun müavini – hərbi prokuror vəzifəsindən yola salınıb.

Vilayət Muxtar
“Cebheinfo.az”