Azərbaycanda boşananların sayı 3 dəfə artıb - ARAŞDIRMA

Azərbaycanda boşananların sayı 3 dəfə artıb - ARAŞDIRMA

Azərbaycanda boşananların sayının son illərdə artdığı müşahidə olunur. 

“Cebhe.info” xəbər verir ki, əslində ölkəmizdəki boşanma statistikaları son illərdə pik həddini yaşayır. Xüsusilə son 20 ildə vətəndaşların boşanmasının 3 dəfə artması diqqət çəkir. Belə ki, 2000-ci ildə Azərbaycanda sadəcə 5478 nəfər boşanıb. 2004-cü ildə isə bu rəqəm 6914-a çatıb. 2005-ci ildə isə ölkəmizdə boşananların sayı 8895-ə qədər yüksəlib. 2006-cı ildə də artım tendensiyası davam edib: 7817. 

2009-cu ildə isə boşananların sayında nisbətən azalma yaşanıb - 7784. Lakin 2010-cu ildə bu statistika 9061 nəfərə qədər artıb. 2011-ci ildə boşananların sayı isə 10 min 747 nəfərə çatıb. Bu isə 10 il ərzində 2 dəfə artım deməkdir. 2012-ci ildə bu rəqəm bir qədər də artaraq 11 min 087 nəfərə qədər çatıb. 2015-ci ilin boşanma statistikası isə 12 mini keçib: 12764. Boşanma sayındakı artım tempi 2016-cı ildə də özünü göstərib - 13114. 

Həmçinin, 2017-ci ilin boşanma statistikası da artaraq 14 min 514 nəfərə yüksəlib. 2019-cu ildə Azərbaycanda boşananların sayı kəskin artaraq 17 min 148 nəfərə çatıb. Lakin koronavirusla mübarizə apardığımız 2020-ci ildə isə boşanma sayı ötən illə müqayisədə 2 mindən çox azalıb. Həmin il boşanma sayı 14 min 628-ə düşüb. Buna baxmayaraq, cəmi bir il sonra 2021-ci ildə ölkəmizdəki boşanma sayında rekord göstərici qeydə alınıb – 17 min 191 nəfər. 2022-ci ildə boşananların sayında da 15 min 983 nəfərlə müəyyən qədər azalma olub. Amma bu da əvvəlki illlərlə müqayisədə 3 dəfə çoxdur. 

Qeyd edək ki, sözügedən rəqəmlər Dövlət Statistika Komitəsinin rəsmi hesabatında əks olunub. 

Elmir Mustafa
“Cebhe.info”