Səyyar “ASAN xidmət” davam edir

Səyyar “ASAN xidmət” davam edir

Səyyar “ASAN xidmət” 1-15 may tarixində Xızıda, 1-27 may tarixində Astarada, Şirvanda, Şəmkirdə, Xaçmazda, Biləsuvarda, Zərdabda, Ağdaşda, Zaqatalada, 19-27 may tarixində isə Xırdalanda vətəndaşlara xidmət göstərəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"a verilən məlumata görə, səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Səyyar “ASAN xidmət” avtobusları həftənin bazar ertəsi – cümə günləri saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir. Saat 13:00-dan 14:00-dək nahar fasiləsidir.

Qeyd edək ki, hazırda Xızıda səyyar “ASAN xidmət”in iş qrafiki saat 11:00-dan 17:00-a qədərdir.

Nigar
"Cebheinfo.az"