Yeni Günəşlidə sakinlər liftdən şikayətçidirlər: "Pul yığıb, çıxıb getdilər" - VİDEO

Yeni Günəşlidə sakinlər liftdən şikayətçidirlər: "Pul yığıb, çıxıb getdilər" - VİDEO

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivi 80 ünvanında sakinlər lift problemindən əziyyət çəkirlər.

Belə ki, iki il əvvəl sakinlərin şikayətlərindən sonra qəzalı lift təmir olunub. Lakin hazırda liftin düyməsi işləmədiyindən 3-cü mərtəbənin sakinləri məcbur qalaraq 4-cü mərtəbəyə qalxmalı olurlar.

"Bir aydır analiz vermək üçün xəstəxanaya gedə bilmirəm. Gəlib pul yığdılar ki, sabah açılacaq, o gedən getdilər", - deyə şikayətçi bildirib.

Daha ətraflı Baku TV-nin süjetində:

"Cebhe.info"