Dəyişməyən erməni xisləti: Üzrxahlıq əvəzinə, böhtan...

Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan erməni əslilli insanların könüllü şəkildə Azərbaycanı tərk etməsini “etnik təmizləmə” adlandırıb.
“Ağdərə boşaldı, hamı oradan çıxdı. Növbəti Xocavənd, sonra Əsgəran olacaq. Bu prosesdə Xankəndini öz şəxsi maşınları ilə edirlər. Ən axırda Xankəndini boşaldacaqlar. Azərbaycan tərəfindən zorakılığa məruz qalan insanlar evlərini tərk edir... İndi onlara evlərinə qayıtmamaq, sadəcə olaraq ərazini tərk etmək imkanı verilib” - deyən Marukyan Azərbaycanın guya Qarabağdakı ermənilər arasında etnik təmizləmə apardığını iddia edir.
Son 30 ildə ildə Marukyan ilk dəfə “etnik təmizləmə” ifadəsini işlədib. Buna qədər isə yalnız susmağa üstünlük verib. Səbəb aydındır. Çünki Birinci Qarabağ müharibəsində etnik təmizləməni də, Marukyanın dilə gətirdiyi insanlığa qarşı cinayəti də məhz ermənilər və Ermənistan dövləti törədib.
İşağl edilmiş ərazilərdən 800 mindən artıq insan evlərindən didərgin salınıb. Ermənistan isə onların heç birinə aman verməyib, əsir düşənləri belə, işgəncələrlə məhv edib. Məqsəd həmin torpaqlardan azərbaycanlı, türk olan hər kəsin izini silmək olub.
Ancaq Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra Xankəndidə, Ağdərədə, Əsgəranda, Xocavənddə yaşayan ermənilərə qarşı heç bir etnik təmizləmə aparmadı.
Sentyabrən 19-20-də keçirilmiş antiterror əməliyyatı zamanı da dinc əhaliyə döyüş bölgəsindən uzaqlaşmaq barədə xəbərdarlıq edildi, tədbirlərin qanunsuz erməni silahlı birləşmələrinə qarşı aparıldığını bildirdi.
Azərbaycanlı həkimlər yaralı erməni qadını əməliyyat etdi, hərbçilərimiz təhlükəsilik məqsədilə qocaları döyüş bölgəsindən uzaqlaşdırdı. Nədənsə Marukyan bunları dilə gətirmir. Marukyan Azərbaycan polisinin yaşlı erməni qadına yemək verdiyini görməzdən gəlir.
Sentybarın 21-dən başlayaraq, yəni Azərbaycan dövlət rəsmiləri ilə Qarabağdakı erməni sakinlərin Yevlaxda keçirilmiş görüşündən sonra Bakıdan Xankəndinə yardım məqsədilə tonlarla ərzaq, yanacaq, tibbi və gigiyenik vasitələr göndərib.
Sentyabrın 25-də Əsgəran rayonunda benzin çəninin partlaması ilə əlaqədar ilk həm yanğının söndürülməsinə, həm də yaralıların müalicəsi üçün Azərbaycan təcili yardım göndərdi. Amma Marukyan bu barədə danışmır. Əgər Azərbaycan etnik təmizləmədə maraqlı olsaydı, reinteqrasiya prosesinin təşkili ilə bağlı erməni nümayəndələrlə sentyabrın 25-də Xocalıda görüş keçirməzdi.
“Bizi heç kim qovmur. Özümüz getməyi seçdik” - bu sözləri Marukyanın “etnik təmizləmə” adlandırdığı və Azərbaycanı tərk edən ermənilər özləri deyir.
"Laçın" sərhəd-buraxılış məntəqəsindən keçib Ermənistana gedən ermənilər hər gün Azərbaycan telekanallarına müsahibə verib öz istəkləri getdiklərini bildirilər, bu isə təbiidir.
Çünki Azərbaycan dövləti əvvəldən bəyan edib ki, reinteqrasiya prosesində məcburiyyət yoxdur. Azərbaycan vətəndaşlığını qəbul edib birgəyaşayışa hazır olan ermənilər öz evlərində qalıb yaşaya bilər. Qəbul etməyənlər isə ölkəni tərk edib başqa ölkəyə köçə bilər. Amma Qarabağdakı ermənilərə hər hansı xüsusi imtiyaz, status verilməyəcək.
İndi Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyənlər könüllü seçim ediblər və öz istəkləri ilə Ermənistana, Rusiyaya və başqa ölkələr getməyə üstünlük verib. Azərbaycan nə başqa dövlətin torpağını işğal etməyib, nə də dinc əhalini soyqırıma məruz qoyub, öz torpağından silah gücünə qovmayıb. Bu cinayətləri törədən Ermənistan olub.
Marukyan da Azərbaycana böhtan atmazdan qabaq Ermənistanın insanlıq əleyhinə törətdiyi cinayətlərə aydınlıq gətirsə, daha yaxşı olar. Azərbaycana qarşı qondarma ittihamları irəli sürməkdənsə, Marukyan bir suala cavab verməlidir:
“Ermənistan silahlı qüvvələrini Azərbaycan torpağından nə üçün çıxartmadı ki, bu da antiterror əməliyyatlarının keçirilməsinə səbəb olurdu?”
Edmon Marukyanın bütün bu faktaların və sualların qarşısında susmasının yalnız bir adı var - Erməni həyasızlığı. Bu onların mental xarakteridir. Başqasını öldürüb, özünü yazıq kimi qələmə vermək.
Müşfiq Abdulla
Cebhe.info