Məhkəmə zalında timsah göz yaşı və gizlədilməsi mümkün olmayan cinayət – FOTOFAKT

Məhkəmə zalında timsah göz yaşı və gizlədilməsi mümkün olmayan cinayət – FOTOFAKT

Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə məhkəmə prosesi davam edir. 

Maraqlıdır ki, adları çəkilən şəxslər Azərbaycan ərazilərinin işğalında və azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım əməllərində iştiraklarını gizlətməyə çalışırlar. Qarabağdakı terrorçu rejimə rəhbərlik etmiş bu adamlar məhkəmə zamanı verdikləri ifadələrdə baş verən hadisələrdən xəbərsiz olduqlarını iddia edir, məsuliyyəti Ermənistan Müdafiə Nazirliyinin və başqa terrorçuların boyununa atırlar. 

Təbii ki, bu, Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsi olub. Amma bütün hərbi cinayətlər bu gün məhkəmə qarşısına çıxarılan və qondarma rejimə rəhbərlik etmiş adamların əli ilə həyata keçirilib. İndi Arayik Arutyunyan Qazax rayonunun Bağınıs Ayrım kəndində 1990-cı illərdə günahsız, dinc insanların erməni yaraqlıları tərəfindən diri-diri yandırılması faktlarına dair videogörüntülərə baxıb özünü kövrəlmiş kimi göstərir. 

Yalandan eynəyini çıxarıb gözlərini silib timsah göz yaşı tökür. Yaxud, terrorçu rejimə rəhbərlik etmiş bu adam  “Birinci Qarabağ müharibəsi başlayanda mənim 15 yaşım olub, uşaq olmuşam”deməklə özünü gizlətmək istəyir. Erməni separatizminin ən qəddar nümayəndələrindən olmuş Arkadi Qukasyan indi hiyləgərlik edərək “Mən “Böyük Ermənistan” ideyasına heç vaxt inanmamaşam”.-deyir. 

Azərbaycan ərazilərinin işğalı məhz “Böyük Ermənstan” xülyasını gerçəkləşdirmək məqsədi daşımırdı? Bu cinayətə rəhbərlik edənlərdən biri də Arkadi Qukasyan olmayıb? 

İndi erməni xisləti ilə hamısı özünü təmizə çıxartmaq üçün bir-birini satır. Qukasyan Xocalıda qətliamın belə geniş miqyasda olmasından xəbərsiz olduğunu, bu barədə sonradan xəbər tutduğunu iddia edir. Halbuki, həmin Qukasyan 1988-ci ildən Qarabağda başlayan erməni separatizminin ən fəal təşkilatçılarından olub. 

1990-cı ildə qəzetdə azərbaycanlılara qarşı etnik nifrəti və milli münaqişəni dərc edən məqalə dərc etdiyinə görə Rusiyanın Rostov şəhərində həbs edilib və ev dustaqlığına məhkum olunub. 1992-ci ilin sentyabrında Qukasyan qondarma Dağlıq Qarabağ Respublikasının Dövlət Müdafiə Komitəsi sədrinin siyasi məsələlər üzrə müşaviri təyin edilib. Eyni zamanda, o, ATƏT-in Minsk Qrupunun himayəsi altında Azərbaycanla münaqişənin həlli üzrə aparılan danışıqlarda “DQR nümayəndə heyətinin rəhbəri” kimi fəaliyyət göstərib. 

1997-2007-ci illərdə isə terrorçu rejimə rəhbərlik edib. Bu gün özünü günahsız mələk kimi təqdim etməklə cəzasını yüngülləşdirməyə çalışır. Belə bir rejimə insan ağlına gəlməyən ən qəddar xarakterə malik olanlar rəhbərlik edə bilərdi. Arkadi Qukasyan da, Bako Sahakyan da məsum cildinə girib “Mən qadınların və uşaqların öldürülməsini pisləyirəm” deyir. 

Amma bu pisliyi də, vəhşiliyi də onların birbaşa təşkilatçısı və rəhbəri olduğu rejim törədib. Körpə uşaqları borulara doldurub ağzını qaynaq edib dağdan yuvarlayanlara, dinc insaları diri-diri yandıranlara, döyərək işgəncə ilə öldürənlərə, insanların gözünü qaşıqla çıxaran, barmaqlarını kəsən, meyitlərin baş dərisini soyan terrorçulara bu adamlar rəhbərlik edib. 

İndi Bako Sahakyan Xocalı soyrıqımından məlumatsız olduğunu, guya sonradan xəbər tutduğunu deyir. 1988-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində ermənilərin başlatdığı “Miatsum” hərəkatına qoşulan Sahakyan 1990-cı ildə “özünümüdafiə qüvvələri” adı altında yardılmış teror qruplaşmasına qoşulub. 1992-1993-cü illərdə qondarma DQR Özünümüdafiə Qüvvələri Komitəsinin maddi-texniki təchizat üzrə müavini, 1993-1995-ci illərdə maddi-texniki təchizat üzrə qərargah rəisi, 1996-1997-ci illərdə “DQ Birləşmiş Qüvvələri”nin 10-cu Dağ Atıcı Diviziyasının komandirinin maddi-texniki təminat üzrə müavini olub. 2007-2020-ci illərdə isə terrorçu rejimə rəhbərlik edib. 

Yəni Saakyanın bütün fəaliyyəti Azərbaycana qarşı hərbi cinayətlər törətməkdən ibarət olub. İndi bunu danmağa, özünü humanist insan kimi təqdim etməyə çalışır. Dərc etdiyimiz fotofakt da bunu bir daha təsdiq edir. Bu fotoşəkil 1992-ci ildə çəkilib. Ermənistanın sabiq prezidenti Robert Köçəryanın “Həyat və Azadlıq” kitabına da daxil edilib. 

Fotoda Robert Köçəryan, terrorbaşı Monte Melkonyan, qondarma rejimin “müdafiə naziri” olmuş, Şuşanın işğalı əməliyyatına rəhbərlik etmiş, Xocalıda qətliam törətmiş Samvel Babayanla yanaşı, Bako Sahakyan yer alıb. Özü hərbi geyimdə, çiynində də avtomat silah. Yəni Bako Sahakyan indi günahını başqalarının üzərinə atmağa çalışsa da, fotofakt göz qabağındadır. Onun nə Köçəryandan, nə Melkonyandan, nə də Babayandan heç bir fərqi yoxdur. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”