Epilepsiya xəstəsi olan qadın əməliyyatdan sonra öldü

Tovuz rayonunun Yoğunbulaq kənd sakini, 1966-cı il təvəllüdlü Bəsdi Vəliyeva əməliyyatdan sonra vəfat edib.
"Cebheinfo.az" Teleqraf.com-a istinadən xəbər verir ki, bağırsaq keçməzliyi diaqnozu ilə iki gün əvvəl Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə gətirilən qadın uğurla əməliyyat olunub. Lakin əməliyyat zamanı Bəsdi Vəliyevanın epilepsiya xəstəsi olduğu barədə həkim heyətinə məlumat verilməyib.
Məlumata görə, əməliyyatdan sonra qadının vəziyyəti sabit olub, amma ötən gecə halı pisləşərək, qıcolma keçirməyə başlayıb. O, bu səbəbdən vəfat edib.
Hazırda faktla bağlı araşdırma başlanılıb.
"Cebheinfo.az"