3500 faizdən çox rüsum tətbiq edildi

ABŞ Cənub-Şərqi Asiya ölkələrindən idxal olunan Günəş panellərinə 3521%-dək gömrük rüsumları tətbiq edib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Wall Street Journal" məlumat yayıb.“ABŞ Çinlə ticarət mübahisəsini daha da gərginləşdirib. Cənub-Şərqi Asiyanın dörd ölkəsindən Günəş panellərinin idxalına yüksək gömrük rüsumları tətbiq olunub. Kambocadan olan bəzi istehsalçılar 3500%-dən artıq rüsumla üzləşiblər,” – deyə nəşr yazır.
Qeyd olunur ki, yüksək rüsumlar, həmçinin Tayland, Vyetnam və Malayziyadan olan şirkətləri də əhatə edir:
“Məqalədə bildirilir ki, Kamboca, Tayland, Vyetnam və Malayziyadan idxal edilən Günəş panellərinə 3521%-dək rüsumun tətbiqi bu məhsulları ABŞ bazarında faktiki olaraq rəqabətə davamlı olmamaq vəziyyətinə salacaq.”
ABŞ hakimiyyəti bu qərarı Ticarət Nazirliyinin “Çinin günəş panellərini ABŞ-də rüsumlardan yayınmaq üçün guya Cənub-Şərqi Asiya ölkələri vasitəsilə ötürdüyü” qənaətinə gəldikdən sonra verib.
Səbinə Uğur
"Cebheinfo.az"