“Qalatasaray” Torreiranın müqaviləsini uzatdı

“Qalatasaray” Torreiranın müqaviləsini uzatdı

Türkiyənin “Qalatasaray” klubu futbolçusu Lukas Torreira ilə müqavilə müddətini yeniləyib.

“Cebheinfo.az” xəbər verir ki, uruqvaylı futbolçunun müqaviləsi 3 il artırılıb.

Beləliklə, 29 yaşlı ulduz 2028-ci ilə qədər İstanbul klubunda çıxış edəcək.

Qeyd edək ki, 2022-2023-cü il mövsümündə “Cim-Bom”a transfer olan Torreira 123 matçda meydana çıxıb.

O, sözügedən matçlarda 4 qol vurub, 8 məhsuldar ötürmə edib. 

Elmir 
“Cebheinfo.az”