“İnnovativ düşüncə: İnkişafa doğru addımlar”: Konfrans keçirilib - FOTOLAR

“İnnovativ düşüncə: İnkişafa doğru addımlar”: Konfrans keçirilib - FOTOLAR

21 aprel 2025-ci il tarixində “İnnovativ Progress və Ekologiya” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə “İnnovativ düşüncə: İnkişafa doğru addımlar” adlı  konfrans keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, baş tutan konfransda Azərbaycanın və Qazaxıstanın tanınmış ekspertləri, mütəxəssisləri, QHT-lərin sədrləri və qadın sahibkarlar iştirak ediblər.

Tədbir Azərbaycan himni və şəhidlərin ruhuna 1 dəqiqəlik sükutla başlayıb. “İnnovativ Progress və Ekologiya”Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin sədri Səidə Musayeva “Məişət zorakılığına məruz qalan qadınların və uşaqların inkişafa doğru yolu” mövzusuna aid müzakirəni açıq elan etdi. Konfransda Qazaxıstanın QHT sədrləri Aliyə Saginbayeva və Saule Musina, Azərbaycanın QHT sədrləri Zülfiyyə Nuriyeva, Mehriban Abdullayeva, Rüxsarə Axundova, Firuzə Cəlilova, Zeynəb Hacıyeva, Tünzalə Əzimova, HR üzrə təlimçi Leyla Əsədullayeva,Tədris mərkəzi rəhbəri Cəmalə Naxçıvani, “Landau”məktəbinin müəllimi Xəyalə Şabanova, Avropa Gənclər Parlamentin üzvü məktəbli Leyla Naxçıvani və qadın sahibkarlar iştirak edib. 

Konfransda innovativ düşüncə ilə sosial-iqtisadi inkişafın yolları, qadınların cəmiyyətdəki rolu və qadınlara qarşı zorakılıq kimi vacib mövzular ətrafında geniş müzakirələr aparıldı. Tədbir həm praktiki, həm də nəzəri baxımdan zəngin çıxışlarla yadda qaldı. Mütəxəssislər cəmiyyətin dayanıqlı inkişafına aparan yollar, gənclərin innovasiyaya cəlb olunması, eləcə də gender əsaslı zorakılığın qarşısının alınması istiqamətində mühüm fikirlər səsləndiriblər. 

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub və gələcək layihələr üçün əməkdaşlıq imkanları müzakirə edildi. Konfrans iştirakçıları arasında həm akademik, həm də ictimai fəal şəxslərin olması tədbirin interaktivliyini və müzakirələrin dərinliyini daha da artırıb. 

"Cebheinfo.az"