Növbəti köç Həsənriz kəndində: Açarlar təqdim olundu - FOTOLAR 

Növbəti köç Həsənriz kəndində: Açarlar təqdim olundu - FOTOLAR 

Bu gün respublikanın müxtəlif şəhər və rayonlarından yola salınan növbəti köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb. Yeni köçürülən ailələrə mənzillərin açarları təqdim olunub. 

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumta görə, tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, işğaldan azad olunmuş ərazilərdə bu gün geniş tikinti-bərpa işləri aparılır. 

Bu ilin sonuna qədər əhalinin qayıdışı nəzərdə tutulmuş 24 tarixi Azərbaycan kəndlərinin 16-sında hazırda tikinti-bərpa işləri həyata keçirilir, digər 8 yaşayış məntəqəsində isə layihələndirmə işləri aparılır.

Bu günə qədər Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları ərazisində 7 yaşayış məntəqəsində ümumilikdə 12 minə yaxın əhalinin daimi məskunlaşması təmin olunub.

Bu mərhələdə isə Ağdərə rayonunun Həsənriz kəndinə daha 20 ailə - 68 nəfər köçürülüb. Bununla da Həsənriz kəndində 90 ailənin, 306 nəfərin daimi məskunlaşması təmin edilib.

"Cebheinfo.az"